Modern.az

İcra Hakimiyyətləri rəqəmsal sistemə keçir

İcra Hakimiyyətləri rəqəmsal sistemə keçir

Aktual

10 Fevral 2022, 14:46

2022-ci ildə ölkə üzrə bütün yerli icra hakimiyyəti orqanlarının Rəqəmsal yerli icra hakimiyyəti sisteminə keçmələri təmin ediləcək.

 

Modern.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

 

O bildirib ki, sistem ötən il hazırlanıb və hazırda Gəncə, Masallı və Quba icra hakimiyyətləri bu sistem vasitəsilə xidmət göstərirlər:

 

"1,3 milyon istifadəçi 2,3 milyon dəfə e-hökumət portalından yararlanıb. Eyni zamanda e-hökumətin mobil tətbiqi üzərindən 800 mindən çox vətəndaş istifadə edir. Elektron xidmətlərin sayının artırılmasına çalışırıq. Biz xidmətlərimizi sürətlə elektronlaşdırırıq, lakin vətəndaşlarımızın rəqəmsal bacarıqları bu sistemdən faydalana bilmələrinə imkan vermir. Bu səbəbdən də biz vətəndaşların maarifləndirilməsi istiqamətində tədbirlər keçiririk" , - o deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı