“Düzünü desəm, lal ilə kar arasında söhbət etdiyimiz üçün məyus oldum”.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov britaniyalı həmkarı Liz Truss ilə danışıqların yekunlarına əsasən deyib.
“Deyəsən, dinləyirik, amma eşitmirik. Bizim danışıqlarımız sanki lal və karın söhbəti kimi idi”,- Lavrov britaniyalı həmkarı ilə keçirdiyi görüşə ironik şəkildə münasibət bildirib.