Modern.az

Gürcüstanda karantin müddəti azaldıldı

Gürcüstanda karantin müddəti azaldıldı

Aktual

10 Fevral 2022, 15:50

Gürcüstanda koronavirusa yoluxan şəxslər və onlarla təmasda olanlar üçün özünütəcrid və karantin müddəti azaldılıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi qərar qəbul edib.

 

Qərara əsasən, COVID-19 infeksiyasını simptomsuz və yüngül keçirən tibbi və təhsil müəssisələri, hüquq-mühafizə orqanlarında çalışanlar üçün karantin müddəti 5 gün təşkil edəcək. Özünütəcridin başa çatması üçün testin neqativ nəticəsi tələb olunacaq. Beşgünlük karantindən çıxanların növbəti 5 gün ərzində qoruyucu maskadan istifadəsi təkidlə tövsiyə olunub.

 

Xəstəliyi simptomsuz və yüngül formada keçirən digər şəxslərin karantin müddəti isə 7 gün müəyyən edilib və bu halda tesin neqativ cavabı tələb olunmur. Bu müddət başa çatandan sonra da növbəti 5 gün ərzində qoruyucu maskadan istifadə təkidlə tövsiyə edilib.

 

Xəstəliyi orta ağır və ağır formada keçirənlər üçün isə özünütəcrid müddəti dəyişməz olaraq 10 gün qalır.

 

COVID-19 xəstəsi ilə təmasda olan, vaksin vurdurmamış və yaxud tam peyvənd olunmamış şəxslər üçün karantin müddəti 5 gün olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı