Azərbaycanın istehlak bazarında strateji əhəmiyyətli malların siyahısı hazırlanacaq.
Modern.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərmanında əksini tapıb.
Sənəddə Nazirlər Kabinetinə ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.