Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2022-ci ilin oktyabrın 13-də Nur-Sultanda keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Birinci MDB ölkələri Departamentinin direktoru Mixail Yevdakimov bildirib.
Dövlət başçılarının növbəti iclasının oktyabrın 14-də Nur-Sultanda keçirilməsinə qərar verilib.
Qeyd edək ki, Qazaxıstan 2022-ci ildən MDB-yə sədrlik edir.