İtaliyanın xarici işlər naziri Luici Di Mayo Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar bu həftə Moskva və Kiyevə səfər edə bilər.
Modern.az xəbər verir ki, bu barədə "La Stampa” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, NATO müdafiə nazirlərinin fevralın 16-17-də keçiriləcək iclasında alyansın Şərqi Avropada mövcudluğunu gücləndirmək barədə qərar qəbul edilərsə, 2 minə yaxın italyan hərbçisi Bolqarıstana göndərilə bilər.
Qəzet, həmçinin xatırladıb ki, hazırda Kanadanın komandanlığı altında Latviyadakı NATO batalyonunda 250-yə yaxın İtaliya əsgəri xidmət edir.
Bundan əvvəl İtaliya Xarici İşlər Nazirliyi bütün italiyalılara Ukraynanı tərk etməyi və bu ölkəyə səfərdən çəkinməyi tövsiyə edib.