Vətən Müharibəsi dövründə ölkəmizdə aktiv sosial şəbəkə istifadəçilərinin hesablarının fəaliyyəti əsassız şikayətlər nəticəsində məhdudlaşdırılıb.
Modern.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.
Nazir müavini qeyd edib ki, bununla əlaqədar sosial şəbəkə inzibatçılarına edilmiş müraciətlər nəticəsində əksər hesabların fəaliyyətinin bərpası təmin edilib:
"Sevindirici haldır ki, hazırda ölkəmiz kibertəhlükəsizlik baxımından bir çox inkişaf etmiş ölkələrdən öndədir. Belə ki, Beynəlxalq Telekommunikasiya İttifaqının sonuncu “Qlobal kibertəhlükəsizlik indeksi” hesabatına əsasən Azərbaycan reytinqdə öz mövqeyini 15 pillə yaxşılaşdıraraq 40-cı yerdə qərarlaşıb”.