Modern.az

Aİ və Dünya Bankı arasında Azərbaycanla bağlı saziş imzalanacaq

Aİ və Dünya Bankı arasında Azərbaycanla bağlı saziş imzalanacaq

Aktual

14 Fevral 2022, 13:14

Fevralın 16-da Bakıda Avropa İttifaqı və Dünya Bankı arasında qrant sazişi imzalanacaq.

 

Bu barədə Modern.az-a Dünya Bankının Bakı ofisindən bildiriblər.

 

Mənbənin məlumatına əsasən, sənəd bir sıra istiqamətlər üzrə Azərbaycan hökumətinə texniki köməyin göstərilməsini nəzərdə tutur.

 

"Sənədi Dünya Bankının Azərbaycan üzrə regional meneceri Sara Maykl və Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Peter Mixalko imzalayacaq. Sazişin etibarlılıq müddəti üç il, məbləği 5,25 milyon dollar təşkil edir" - deyə Dünya Bankının Bakı ofisindən bildiriblər.

 

Qeyd olunur ki, həmin sənəddə Aİ-nin Azərbaycandakı dörd prioritet fəaliyyət istiqaməti və Azərbaycanın beş milli prioriteti əks olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...