Modern.az

G7 ölkələri təcili iclas çağırdı - Gündəm Ukraynadır

G7 ölkələri təcili iclas çağırdı - Gündəm Ukraynadır

Aktual

16 Fevral 2022, 11:29

Böyük Yeddilik Qrupunun (G7) xarici işlər nazirləri bu həftə Almaniyada təcili toplantı keçirməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

 

Ehtimal olunur ki, G7-nin xarici əlaqələr idarələri rəhbərlərinin görüşü Münhen Təhlükəsizlik Konfransı (MCB) çərçivəsində keçiriləcək. Görüşün mövzusu Ukrayna ətrafındakı vəziyyət olacaq. 

 

Qeyd edək ki, fevralın 18-20-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında təxminən 35 dövlət və hökumət başçısı iştirak edəcək. ABŞ-ni vitse-prezident Kamala Harris və dövlət katibi Entoni Blinkenin iştirakı, Almaniya nümayəndə heyətinə isə kansler Olaf Şolzun rəhbərlik edəcəyi gözlənilir. Konfransda Ukrayna prezidenti Vladimir Zelenskinin də iştirakı nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı