Modern.az

Qadın sürücülərin törətdiyi QƏZALAR - 17 nəfər ölüb

Qadın sürücülərin törətdiyi QƏZALAR - 17 nəfər ölüb

Aktual

16 Fevral 2022, 12:40

Ötən il ərzində qadın sürücülər tərəfindən törədilmiş ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, həmin qəzalarda 17 nəfər həyatını itirib, 18 nəfər isə yaralanıb.

 

"Ölümlə nəticələnən qəzalardan cəmi 1-i sürücülük təcrübəsi 10 ildən yuxarı olan qadın sürücü tərəfindən törədilmişdirsə, digər hadisələr sürücülük təcrübəsi 9 ilədək olan qadın sürücülərin təqsiri səbəbindən baş verib", - deyə məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı