Modern.az

Özünü ağacdan asan kişinin intiharı ARAŞDIRILIR

Özünü ağacdan asan kişinin intiharı ARAŞDIRILIR

Aktual

16 Fevral 2022, 14:35

Astarada ağacdan özünü asan şəxslə bağlı cinayət işi açılıb.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, fevralın 15-də rayonun Toradi kənd sakini Sovqatov Zaur Məhərrəm oğlunun rayonun Taxtanakəran kəndində yolun kənarında dik yamacda yerləşən vələs ağacından asılmış vəziyyətdə meyiti aşkar edilib.

 

Faktla bağlı Cinayət Məclləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

 

Hazırda iş üzrə bütün halların araşdırılması məqsədilə istintaq hərəkətləri həyata keçirilir

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...