Modern.az

Brazilyada sel qurbanlarının sayı 35-ə çatdı

Brazilyada sel qurbanlarının sayı 35-ə çatdı

Aktual

16 Fevral 2022, 14:45

Braziliyanın Rio-de-Janeyro ştatında şiddətli yağışlar və onların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 35 nəfər həlak olub.

 

Modern.az-ın məlumatına görə, təkcə Petropolis şəhərində 170-dən çox sürüşmə qeydə alınıb, 80 yaşayış binasına ziyan dəyib.

 

Qeyd olunur ki, ötən gün şəhər ərazisinə 6 saat ərzində bir aylıq yağıntı norması düşüb.

 

Petropolis şəhərində fövqəladə vəziyyət elan edilib. Axtarış-xilasetmə işlərinə 180 xilasedici cəlb edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!