Modern.az

Keçmiş icra başçısının klinikası cərimələndi

Keçmiş icra başçısının klinikası cərimələndi

Aktual

16 Fevral 2022, 14:55

Bakıda klinikaya cərimə protokolu yazılıb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, “Vimay-Med” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.2-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Aygün Qurbanovanın icraatına verilib. Məhkəmə iclası fevralın 17-nə təyin edilib.

 

Bu xətaya görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

 

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, “Vimay-Med” MMC Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İradə Gülməmmədovaya məxsusdur.

 

Xatırladaq ki, İ.Gülməmmədova bu il yanvarın 19-da Abşeron RİH-in başçısı vəzifəsindən azad edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...