Modern.az

Çavuşoğlunun Azərbaycana səfəri təxirə salındı

Çavuşoğlunun Azərbaycana səfəri təxirə salındı

Aktual

16 Fevral 2022, 17:37

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb.

 

Modern.az xəbər verir ki, Çavuşoğlu bu barədə azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib.

 

Türkiyənin XİN başçısı COVID-19-a yoluxduğuna görə qarşıdakı günlərdə Azərbaycana planlaşdırılan səfərini təxirə salmaq məcburiyyətində qaldığını deyib.  

 

Qeyd edək ki, yaxın günlərdə Çavuşoğlunun Azərbaycana səfəri gözlənilirdi. O, bu gün koronavirusa yoluxduğunu açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı