Modern.az

Dəmir yolu ilə sərnişin daşımaları kəskin artıb

Dəmir yolu ilə sərnişin daşımaları kəskin artıb

Aktual

16 Fevral 2022, 19:02

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,2 mln. ton yük, 308,0 min sərnişin daşınıb.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, hesabat dövründə 2021-ci ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 1,2% azalma, sərnişin daşınmasında isə 2,4 dəfə artım müşahidə olunub.

 

"Orta hesabla sutkada 445 vaqon yüklənilib, 379 vaqon isə boşaldılıb", - məlumatda qeyd olunub.

 

Bildirilib ki, hesabat dövründə sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,9 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı