Modern.az

Nazir "Qarabağ"ın oynunu izləmək üçün Fransaya getdi - VİDEO

Nazir

Aktual

17 Fevral 2022, 12:18

"Qarabağ" klubunun "Marsel"ə qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirəcəyi ilk oyun üçün Fransada səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov maraqlı paylaşım edib.

 

Modern.az-ın məlumatına görə, nazir feysbuk hesabında matçın keçiriləcəyi "Velodrom" stadionunun videosunu yayımlayıb.

 

F.Qayıbov postda "Oyun günü: komandamıza uğurlar!" yazıb.

 

Pekin-2022 Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabovanın qısa proqramda çıxışını izlədikdən sonra nazir Fransaya yollanıb. O, ötən gün "köhlən atlar"ın baş meneceri ilə birlikdə komandanın məşqində iştirak edib.

 

Matçın təhlükəsizlik baxımından riskli olduğunu nəzərə alan nazir "Qarabağ"ın yanında olmağı və bu gün qarşılaşmanı stadiondan izləyəməyi vacib sayıb.

 

Qeyd edək ki "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı