Modern.az

"Qarabağ" “Sabah”ı məğlub etdi

Aktual

12 Mart 2022, 21:09

Bu gün Azərbaycan Premyer Liqasında XIX turu çərçivəsində ikinci oyun keçirilib.

 

Modern.az xəbər verir ki, çempionatın lideri “Qarabağ” “Sabah”ı sınağa çəkib.

 

Səfərdə oynayan Qurban Qurbanovun yetirmələri növbəti qələbə ilə mövqeyini daha da möhkəmlədib. Qələbə qoluna Abdullah Zubir imza atıb.

 

Qeyd edək ki, tura sabah baş tutacaq “Neftçi” - “Sumqayıt” və “Qəbələ” – “Zirə” görüşləri ilə yekun vurulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!