Rəsmi Kiyev danışıqlarda Ukraynada öz ordusu ilə silahsızlaşdırılmış dövlətin Avstriya və ya İsveç variantını yaratmağı təklif edir.
Modern.az xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib.
"Ukraynanın neytral statusunun qorunub saxlanması və inkişafı, Ukraynanın demilitarizasiyası Ukrayna ordusunun sayı ilə bağlı bir sıra məsələlər müzakirə olunur. Ukrayna neytral silahsızlaşdırılmış dövlətin Avstriya, İsveç versiyasını təklif edir, lakin eyni zamanda öz ordusu və dəniz qüvvələrinə malik olan dövlət kimi qalmaq istəyir. Bütün bu məsələlər Rusiya və Ukraynanın Müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində müzakirə olunur”, - deyə Medinski vurğulayıb.
Rusiya nümayəndə heyətinin rəhbəri xatırladıb ki, Ukrayna indi də neytral statusa malikdir:
“Məhz neytrallıq şərti ilə Ukrayna 1991-ci ildə Sovet İttifaqından çıxıb və bu neytrallıq Ukraynanın Suverenlik Bəyannaməsində yazılıb. Əlbəttə, bizim üçün əsas məsələ Krımın və Donbasın statusu, eləcə də bir sıra humanitar məsələlər, o cümlədən denazifikasiya, rusdilli əhalinin hüquqları və rus dilinin statusudur".