Modern.az

Putin-Zelenski görüşü ilə bağlı yeni açıqlama

Putin-Zelenski görüşü ilə bağlı yeni açıqlama

Aktual

16 Mart 2022, 17:00

Rusiya və Ukrayna liderləri arasında görüş olarsa, biz məmnuniyyətlə ev sahibliyi etməyə hazırıq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

 

“Ümid edirik ki, bizim vasitəçiliyimizlə görüşə ehtiyac qalmaz. Hər şey öz həllini tapar. Buradan Ukraynaya gedib, həmkarım Kuleba ilə görüşəcəm. Hər şeyin həllini tapacağına inanırıq”,- deyə Çavuşoğlu çıxışında vurğulayıb.

 

Sergey Lavrov isə bildirib ki, bugünkü görüşdə Prezidentlər Vladimir Putin və Volodimir Zelenskinin Türkiyədə görüşü məsələsi müzakirə edilməyib.

 

“Bu görüşün təşkilinə heç bir əngəl yoxdur. Əsas odur ki görüşdə əsas məsələlər müzakirə olunsun”,- Lavrov deyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı