Modern.az

İngiltərə millisindən möhtəşəm nəticə

İngiltərə millisindən möhtəşəm nəticə

Aktual

27 Mart 2022, 13:29

İngiltərə millisinin məğlubiyyətsiz oyunlar seriyası davam edir.

 

Modern.az xəbər verir ki, Qaret Sautqeytin komandası ötən gecə yoldaşlıq oyununda İsveçrəyə 2:1 hesabı ilə qalib gəlib.

 

Bu, britaniyalıların penaltilər seriyası istisna olmaqla uduzmadığı 21-ci matçdır. İngiltərə millisi ilk dəfədir belə göstəriciyə imza atır.

 

Qeyd edək ki, sonuncu dəfə 2020-ci ilin noyabrında Millətlər Liqasında Belçikaya uduzan (0:2) komanda o vaxtdan indiyədək 17 oyunda qalib gəlib, 4 dəfə heç-heçə edib.

Sizə yeni x var
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar