Ukraynaya qarşı döyüşlərdə iştirak edən Rusiya ordusunun tank alayının komandiri intihar edib. Özünə qəsd edən rus hərbçinin fotosu yayımlansa da, onun adı açıqlanmayıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Xəbərlərdə rus tank alayı komandirinin bölməsindəki bütün vasitələrin istifadəyə yararsız olması səbəbindən intihar etdiyi bildirilib.
"Rusiya Federasiyasının 13-cü Tank Diviziyası. Tank alayının komandiri bölmənin ehtiyat tanklarının vəziyyətini öyrəndikdən sonra düşdüyü ağır vəziyyətə görə özünü güllələyib" - deyə məlumatda qeyd olunub.