"Amazon” şirkətinin yaradıcısı, milyarder Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott Ukraynaya yardım ayırıb.
Modern.az xəbər verir ki, bu barədə Makkenzi özü məlumat verib.
ABŞ-ın ən varlı qadınlarından biri olan iş xanımı 465 qeyri-kommersiya təşkilatlarına ümumilikdə 3 milyard 863 milyon dollar göndərib. Sözügedən təşkilatların əksəriyyəti çətin vəziyyətlərdə olan uşaqlara yardım göstərir.
Qeyd edək ki, Makkenzi Skott Ceff Bezosla boşandıqdan sonra “Amazon” şirkətinin 4 faiz səhmlərinə sahib olub.