Modern.az

Pakistan bundan sonra da Azərbaycanın yanında OLACAQ

Pakistan bundan sonra da Azərbaycanın yanında OLACAQ

Aktual

12 Aprel 2022, 14:08

Azərbaycan-Pakistan-Türkiyə strateji əməkdaşlığı bundan sonra da davam etdiriləcək.

 

Bunu Modern.az saytına açıqlamasında Pakistanın tanınmış siyasi şərhçisi Qaiser Navab bildirib. 

 

Pakistanın yeni Baş naziri Şahbaz Şərifin Azərbaycan və Türkiyə ilə bağlı siyasi mövqeyinin necə olacağına gəlincə, ekspert strateji münasibətlərin yüksələn xətt üzrə inkişaf edəcəyini, rəsmi İslamabadın bundan sonra da Bakı və Ankaranı dəstəkləyəcəyini vurğulayıb.

 

“Pakistanın Azərbaycan və Türkiyə ilə xarici siyasəti Baş nazirdən və ya hökumət başçısının dəyişməsindən asılı deyil. Bu, xalqların münasibətidir, həmişə mehriban qardaş olaraq birllikdə davam edəcəyik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni seçilmiş Baş nazir Şahbaz Şərifə zəng vuraraq, onu yeni vəzifəyə seçilməsi mübasibətilə təbrik edib. Bu, çox önəmli mesajdır. İnanıram ki, əlaqələr daha da möhkəmlənəcək. Azərbaycan-Pakistan-Türkiyə strateji əməkdaşlığı davam edəcək” ,- ekspert vurğulayıb.

 

Pakistan, Azərbaycan, Türkiyə Gənclər Forumunun rəhbəri, siyasi ekspert Musavar Hamid Tanoli isə yeni rəhbərlikdən münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində addımların atılmasını gözlədiyini qeyd edib.

 

 

"Pakistan və Azərbaycan arasında son 30 ildə möhkəm qardaşlıq əlaqələri mövcuddur. Ümid edirəm ki, bir-birimizi dəstəkləməyə davam edəcəyik. Cənubi Qafqazda olduğu kimi, Cənubi Asiya regionunda da sülh hökm sürəcəkdir. Azərbaycan və Ermənistan arasında sülh prosesinin başlanmasını alqışlayırıq, bunun üçün töhfə verməyə hazırıq", - deyə pakistanlı siyasi ekspert fikirlərini bölüşüb.

 

Xatırladaq ki, ötən gün Azərbaycanın ən vacib müttəfiqlərindən biri olan Pakistanda hakimiyyət dəyişikliyi olub. Keçmiş baş nazir İmran Xan hakimiyyətdən kənarlaşdırılıb, onun postuna 70 yaşlı müxalifət lideri Şahbaz Şərif gətirilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı