Modern.az

“Zenit” Rusiya çempionu oldu

“Zenit” Rusiya çempionu oldu

Aktual

1 May 2022, 07:35

Sankt-Peterburqun “Zenit” klubu Rusiya Premyer Liqasının 27-ci turu çərçivəsində “Lokomotiv Moskva”nı 3:1 hesabı ilə məğlub edib.

 

Modern.az xəbər verir ki, klub bu qələbədən sonra çempionluğunu rəsmiləşdirib.

 

Xallarının sayını 61-ə çatdıran “Zenit” turnir cədvəlində yaxın izləyiciləri üçün əlçatmaz olub. Belə ki, turnir cədvəlində ikinci pillədə qərarlaşan “Dinamo”nun hesabında 52 xal var və çempionatın bitməsinə 3 tur qalıb. “Dinamo” xalları bərabərləşdirəcəyi təqdirdə, şəxsi oyunlara görə Sankt-Peterburq təmsilçisindən geri qalacaq.

 

“Zenit” ardıcıl dördüncü, ümumilikdə isə səkkizinci dəfə Rusiya çempionu adını qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı