Modern.az

Daha bir cüdoçumuz medal qazandı

Daha bir cüdoçumuz medal qazandı

Aktual

1 May 2022, 17:44

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

 

Modern.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan 29 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə macarıstanlı Kristian Totu məğlub edib. O, rəqibini qızıl xal bölümündə cərimə xalları hesabına yenməyi bacarıb.

 

Bu, Azərbaycan yığmasının Avropa çempionatında 3-cü mesalı olub. Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı