Modern.az

Kürdəmirdə ikimərtəbəli ev yandı

Kürdəmirdə ikimərtəbəli ev yandı

Aktual

1 May 2022, 23:06

Kürdəmir rayonunda yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonun Məhərrəmli kəndində ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 212 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...