Modern.az

Hərbçimiz qəzada həlak oldu

Hərbçimiz qəzada həlak oldu

Aktual

14 May 2022, 13:39

Azərbaycanda hərbi qulluqçu yol qəzasında ölüb.

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, baş gizir Zahid Səlimov Füzuli rayonunun Qayıdış-1 qəsəbəsi ərazisində baş verən qəzada həyatını itirib.

 

Yol-nəqliyyat hadisəsi mayın 12-sində baş verib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, həmin ərazidə C.Fətəliyevin idarə etdiyi “Hyundai” və M.Mənsimovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub. Nəticədə M.Mənsimovun sərnişini Zahid Səlimov hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

 

Qeyd edək ki, Z.Səlimov Vətən Müharibəsidə iştirak edib və “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı