Modern.az

Goranboyun Rəhimli kəndində səyyar qəbul keçirilib

Goranboyun Rəhimli kəndində səyyar qəbul keçirilib

Aktual

28 İyun 2022, 15:48

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə Rəhimli kəndində, Vətən müharibəsi şəhidi Məmmədov İbrahim Nadir oğlunun ailəsinə məxsus  həyətdə kənd sakinləri ilə səyyar görüş keçirdi. Bir qrup kənd sakinlərini dinləyən icra başçısı mövcud problemlərin, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə məsələlərinin  həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı