Modern.az

Küləkli hava bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Küləkli hava bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Aktual

28 İyun 2022, 17:03

Bakıda və Abşeron yarımadasında iyun ayının sonunadək şimal-qərb küləyi 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

 

Azərbaycanın rayonlarında iyun ayının sonunadək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.

 

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.

 

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı