Modern.az

Alla Vəzirovaya Prezidentin fərdi təqaüdü verildi

Alla Vəzirovaya Prezidentin fərdi təqaüdü verildi

Aktual

28 İyun 2022, 17:45

Alla İqoryevna Vəzirovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin olunub.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

A.İqoryevna Vəzirovaya Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezidentin fərdi təqaüdü veriləcək.

 

Qeyd edək ki, Alla Vəzirova 35 ildir direktor işləyir. Bakının Xətai rayonundakı 269 saylı məktəbin fəaliyyətə başladığı ilk gündən ora rəhbərlik edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı