Modern.az

Rusiya və Ukrayna növbəti dəfə əsirləri dəyişdilər

Rusiya və Ukrayna növbəti dəfə əsirləri dəyişdilər

Aktual

28 İyun 2022, 18:25

Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsi həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, iki zabit və 14 əsgər daxil olmaqla 16 ukraynalı hərbçi Rusiya əsirliyindən qayıdıb. Həmçinin bir mülki şəxs də əsirlikdən azad edilib. Rusiyanın isə 15 hərbçisi təhvil verilib.

 

"Sərbəst buraxılan beş nəfər ağır yaralıdır. Onların təcili müalicəyə ehtiyacları var", - deyə məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı