Modern.az

Tanınmış həkimin intiharı ilə bağlı cinayət işi AÇILDI

Tanınmış həkimin intiharı ilə bağlı cinayət işi AÇILDI

Aktual

28 İyun 2022, 18:31

Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intiharı ilə bağlı cinayət işi açılıb. 

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərlinin paytaxtın Yasamal rayonu ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq öldürməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı