Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Sammitində iştirak etmək üçün İspaniyanın paytaxtı Madridə səfər edib.
Modern.az xəbər verir ki, Türkiyə lideri Madriddə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Belə ki, Ərdoğanın ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, İspaniyanın Baş naziri Pedro Sançes, Almaniya kansleri Olaf Şolts, Niderlandın Baş naziri Mark Rutte, Avstriya kansleri Karl Nehammer və Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə görüşü planlaşdırılır.