Modern.az

Kral nazirə Azərbaycanla saziş imzalamağı TAPŞIRDI

Kral nazirə Azərbaycanla saziş imzalamağı TAPŞIRDI

Aktual

28 İyun 2022, 19:20

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin sədrliyi ilə hökumətin Ciddədəki Əl-Salam sarayında iclası keçirilib.

 

Modern.az SPA agentliyinə istinadən xəbər verir ki, iclasda krallığın enerji nazirinə Azərbaycan hökuməti ilə enerji sahəsində sazişin layihəsi ilə bağlı danışıqlar aparmaq və yekun saziş imzalamaq səlahiyyəti verilib.

 

Bundan əlavə, iclasda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Türkiyəyə səfəri barədə çıxışı dinlənilib, krallıqla ABŞ, Avropa İttifaqı və ərəb dövlətləri arasında müxtəlif sahələrə dair imzalanacaq bir sıra sənədlərlə bağlı hökumətə səlahiyyət verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı