ABŞ-ın Florida ştatında səkkiz yaşlı uşaq dolu silahla oynayarkən faciə yaşanıb. O, təsadüfən digər bir uşağı öldürüb, birini isə ağır yaralayıb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, 1 yaşlı uşaq aldığı xəsarət nəticəsində dünyasını dəyişib.
Yaralanan iki yaşlı digər uşaq xəstəxanaya yerləşdirilib.
Hadisə 8 yaşlı oğlanın atası və onun sevgilisi ilə qaldığı moteldə baş verib. Hadisə qurbanları həmin qadının uşaqları olub. İnsident baş verən zaman uşağın atası moteldə olmayıb, sevgilisi isə birlikdə olub.
Kişi dəlillərin saxtalaşdırılması, kobud səhlənkarlıq və odlu silahın təhlükəsiz saxlanması qaydalarına əməl edilməməsi ittihamları ilə həbs olunub.