Modern.az

Ukraynaya 70 milyonluq yardım ayrılacaq

Ukraynaya 70 milyonluq yardım ayrılacaq

Aktual

28 İyun 2022, 22:48

Finlandiya hökuməti Ukraynaya əlavə 70 milyon avro yardım ayırmaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd edilib ki, Rusiya hərbi əməliyyatlara başlayandan bəri Finlandiya Ukraynaya 21 milyon avro yardım ayırıb. Fevralın sonunda Finlandiya Ukraynaya 2500 avtomat, 150 000 avtomat patronu, 1500 tək atışlı tank əleyhinə tüfəng göndərib.

 

Onu da bildirək ki, mayın 26-da Finlandiyanın baş naziri Sanna Marin Ukraynaya rəsmi səfər edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı