Modern.az

Türkiyədə sel: Binalar çökdü, yollar dağıldı - VİDEO

Türkiyədə sel: Binalar çökdü, yollar dağıldı - VİDEO

Aktual

28 İyun 2022, 23:14

Türkiyənin Bartın vilayətində leysan yağışları selə səbəb olub.

 

Modern.az xəbər verir ki, Kozcağız qəsəbəsində çayın daşması nəticəsində Kozcağız-Kumluca avtomobil yolunun bir hissəsi dağılıb. Yola yaxın 4 mərtəbəli bina və yaşayış evi uçub. Yaxınlıqdakı binalara da ciddi ziyan dəyib.

 

Təbii fəlakətlə əlaqədar 300-ə yaxın ailə qəsəbədən təxliyə olunub. Hazırda ərazidə xilasetmə tədbirləri görülür.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!