Modern.az

“NATO-ya töhfə verəcəyik” - Görüşdən sonra ilk açıqlama

“NATO-ya töhfə verəcəyik” - Görüşdən sonra ilk açıqlama

Aktual

28 İyun 2022, 23:41

"Görüş uzun çəkdi. Finlandiya Prezidenti Sauli Niinistö və mən terrorla mübarizə qanunvericiliyi çərçivəsində gördüyümüz bütün tədbirlər haqqında məlumat verdik".

 

Modern.az xəbər verir ki, bunu İsveçin Baş naziri Maqdalena Andersson Madriddə keçirilən dördtərəfli görüşdən sonra açıqlamasında deyib.

 

"Diqqətə çatdırdıq ki, iyulun 1-dən biz bu qanunvericiliyi həqiqətən sərtləşdiririk. Bununla yanaşı, ölkələrimizin NATO-ya nə töhfə verə biləcəyini də bildirdik", - Baş nazir vurğulayıb.

 

Qeyd edək ki, İsveçin Baş naziri Maqdalena Andersson, Finlandiyanın Prezidenti Sauli Niinistö və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə görüşündə NATO-ya üzvlüklə bağlı razılıq əldə olunub. Üç ölkə başçısının görüşündə əldə olunan razılıq nəticəsində Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan imtina edib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!