Modern.az

Turistləri daşıyan iki mikroavtobus toqquşdu - Ölən var

Turistləri daşıyan iki mikroavtobus toqquşdu - Ölən var

Aktual

29 İyun 2022, 08:37

Gürcüstanda turistləri daşıyan iki mikroavtobus toqquşub.

 

Modern.az xəbər verir ki, hadisə Mtsxeta bələdiyyəsinin Nataxtari kəndi yaxınlığında baş verib.

 

Məlumata görə, qəza nəticəsində bir nəfər həlak olub, 10-a yaxın turist yaralanıb.

 

Yaralılara ilkin tibbi yardım göstərilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Qəzanın səbəbi hələlik açıqlanmayıb, hazırda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!