Modern.az

Moskva Ukraynanın Xerson vilayətində referendum hazırlayır

Moskva Ukraynanın Xerson vilayətində referendum hazırlayır

Aktual

29 İyun 2022, 11:17

Kreml Ukraynanın işğal olunmuş Xerson vilayətində Rusiyaya birləşmək üçün referendum keçirməyə hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın regiona təyin etdiyi hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov bildirib.
 

Daha əvvəl o, RİA Novosti-yə bildirmişdi ki, payızda Rusiyaya birləşmək üçün referendumun keçirilməsi planlaşdırılır.
 

"Bəli, biz referenduma hazırlaşırıq və onu keçirəcəyik. Xerson vilayəti Rusiya Federasiyasına qoşulmağa qərar verəcək, tam hüquqlu subyektə çevriləcək", - Stremousov Telegram kanalında bildirib.
 

Rusiya hərbçiləri bir müddət əvvəl Ukraynanın cənubundakı Xerson vilayəti və Zaporojye vilayətinin Azov hissəsinə nəzarəti ələ keçirib. Bölgələrdə mülki-hərbi idarələr yaradılıb, rubl dövriyyəyə buraxılıb, Rusiya telekanalları və radioları yayımlanmağa başlayıb.

Moskva iddia edir ki, bu regionlar Rusiya Federasiyasının subyektləri olmaq planlarını açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...