Modern.az

Qadın sahibkarların Qarabağa cəlb olunmasına şərait yaradılıb

Qadın sahibkarların Qarabağa cəlb olunmasına şərait yaradılıb

Aktual

29 İyun 2022, 11:54

Bu gün Azərbaycanda qadın sahibkarların dəstəklənməsi və Qarabağın bərpasına cəlb edilməsi üçün zəruri şərait yaradılıb.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Hicran Hüseynova qadın sahibkarların Azərbaycan-Özbəkistan biznes forumunda deyib:

 

"Onlarla qadın Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı biznes layihələrini təqdim ediblər və bu layihələr dövlət tərəfindən qəbul olunub".

 

O, həmçinin bildirib ki, ölkələr arasında münasibətlər çox yüksək səviyyədədir və Prezident İlham Əliyevin Özbəkistana baş tutmuş səfəri bunu təsdiq edir.

 

"Səfər zamanı iqtisadi sahədə çox vacib sənədlər imzalanıb. Bugünkü forum da ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinin göstəricisidir", - deputat vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı