Modern.az

NATO yeni strateji konsepsiya qəbul edəcək

NATO yeni strateji konsepsiya qəbul edəcək

Aktual

29 İyun 2022, 12:44

NATO sammitində Rusiya alyans üçün birbaşa təhdid kimi dəyərləndiriləcək, Şimali Atlantika Blokunun gələcəyini qurmaq üçün plana çevriləcək yeni strateji konsepsiya qəbul olunacaq.

 

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə NATO-nin Baş katibi Yens Stoltenberq deyib.

 

“Biz sammitdə yeni strateji konsepsiya qəbul edəcəyik. Bu konsepsiya alyansı gələcəkdə daha rəqabətli və təhlükəli dünyaya necə aparmaq və NATO-nun tərkibində yaşayan bir milyard insanın təhlükəsizliyini necə təmin etmək üçün plana çevriləcək. 2010-cu ildə qəbul edilən əvvəlki strateji konsepsiyada Rusiya strateji tərəfdaş adlandırılıb. Yeni konsepsiyada isə Rusiya alyansın təhlükəsizliyinə əsas təhdid kimi göstəriləcək”, - deyə Baş katib bildirib.

 

Bundan əlavə, qeyd olunub ki, sammit iştirakçıları NATO-ya daxil olan bütün ölkələrin müdafiə xərclərini ardıcıl artırmaq planına sadiqliyini bir daha təsdiq edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı