Modern.az

Maşınla kanala düşənlər xilas edildi - VİDEO

Maşınla kanala düşənlər xilas edildi - VİDEO

Aktual

29 İyun 2022, 12:56

Qubanın Mirzəməmməd kəndində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1948-ci il təvəllüdlü Mavik Ağakərimova məxsus “Hyundai Santafe” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərinliyi təxminən 6 metr olan suvarma kanalına düşüb və avtomobilin içərisində köməksiz vəziyyətdə qalmış 2 nəfərin həyatı təhlükə altındadır.

 

Yanğınsöndürən-xilasedicilər müvafiq xilasetmə vasitələrindən istifadə etməklə sürücü Mavik Ağakərimov və sərnişini 1953-cü il təvəllüdülü Leyla Ağakərimovanı avtomobildən çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı