Modern.az

“Qarabağ” bir gündə iki oyun keçirəcək

“Qarabağ” bir gündə iki oyun keçirəcək

Aktual

29 İyun 2022, 13:00

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün 2 yoxlama matçı keçirəcək.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi günün ilk oyununda Almaniyanın “Holştayn Kil” komandası ilə üz-üzə gələcək.

 

“St. Ulrix” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.

 

Toplanışın və günün son matçında isə rəqib Rumıniyanın “Universitatya” (Krayova) komandası olacaq. "Yenbax" stadionunda oynanılacaq görüşə Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.

 

Xatırladaq ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda Rumıniyanın "Botoşani" komandasına 4:0 hesabıyla qalib gəlib. 

 

Yoxlama oyunları
29 iyu
n
 
14:00. Qarabağ - Holştayn Kil
“St. Ulrix" stadionu.

 

18:00. Qarabağ - Universitatya (Krayova)
"Yenbax" stadionu.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...