Modern.az

Gəncə Dövlət Universitetində maarifləndirici tədbir keçirilib

Gəncə Dövlət Universitetində maarifləndirici tədbir keçirilib

Aktual

29 İyun 2022, 13:40

Gəncə Dövlət Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsində narkomaniya və onunla mübarizə tədbirləri sırasında “Mən sağam, həyatı seçirəm” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, universitetin humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyevanın, fakültə dekanı dosent Məsim Abadovun,  müəllim və  tələbələrin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə prorektor Gülsüm Fətəliyeva açaraq Prezident İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019 – 2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən danışmış, dünyada və ölkəmizdə ağ ölümə çevrilən narkomaniya ilə mübarizə istiqamətində aparılan tədbirlərin vacibliyini, onun cəmiyyətimizin həyatında əhəmiyyətini diqqətə çatdırıb.

 

Sonra müəllimlərdən Rafiq Abbasov, dosent Əli Allahverdiyev, tələbələrdən Ləman Əmirova, Nailə Abdullayeva, Ayxan Həsənli, fakültə dekanı dosent Məsim Abadov çıxış edərək hamıya, xüsusən də gənclərə diqqətli olmağa, maarifləndirmə, məlumatlandırma işinin dayanmadan aparılmasına daha çox diqqət yetirməyi vurğulayıblar.

 

Tədbir zamanı iştirakçıların sualları cavablandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı