Modern.az

İlham Əliyev Aşqabadda Zirvə Toplantısında - YENİLƏNİB

İlham Əliyev Aşqabadda Zirvə Toplantısında - YENİLƏNİB

Aktual

29 İyun 2022, 16:10

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib.

 

Modern.az xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb.

 

Dövlət başçıları birgə foto çəkdiriblər. Sonra dövlət başçılarının məhdud tərkibdə görüşü olub.

 

Daha sonra Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş keçirilib. Prezident İlham Əliyev görüşdə çıxış edib.

 

***

 

15:00

 

Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı başlayıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edir.

 

Xəbər yenilənəcək

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı