Modern.az

Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Aktual

29 İyun 2022, 15:26

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan mənzilin mətbəxində 1 ədəd elektrik sobası, 1 ədəd paltaryuyan maşın, 1 ədəd qaz sobası və mebel 1 p.m yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!