Modern.az

Xəzər sahilyanı ölkələrin ümumi irsidir - Rəisi

Xəzər sahilyanı ölkələrin ümumi irsidir - Rəisi

Aktual

29 İyun 2022, 16:18

Xəzər dənizi sahilyanı ölkələrin ümumi irsidir və bu dənizdən 270 milyondan çox insan bəhrələnir.

 

Modern.az xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Aşqabadda jurnalistlərə müsahibəsində deyib.

 

Prezident diqqətə çatdırıb ki, Xəzəryanı dövlət başçılarının Aşqabadda keçirilən Zirvə toplantısında nəqliyyat, tranzit, ticarət, canlı resursların idarə edilməsi, ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunacaq. Bununla yanaşı, təhlükəsizlik məsələsi də nəzərdən keçiriləcək.

 

İran Prezidenti vurğulayıb ki, rəsmi Tehran bütün Xəzəryanı dövlətlərlə yaxşı münasibətlərə malikdir. O, bu münasibətlərin qorunması və əlaqələrin daha da möhkəmlənməsi istiqamətində aparılacaq danışıqların faydalı olacağına inandığını bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı