Modern.az

Moskvadan Bakı və İrəvana yeni MESAJ

Moskvadan Bakı və İrəvana yeni MESAJ

Aktual

29 İyun 2022, 16:14

Nəqliyyat iqtisadi əlaqələrinin açılması Cənubi Qafqazda vəziyyətin sağlamlaşdırılmasına xidmət edəcək.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

"Biz hər zaman vurğulamışıq ki, Cənubi Qafqazda bütün nəqliyyat əlaqələrinin bərpası müsbət tendensiyaların möhkəmlənməsinə və yekunda regionda vəziyyətin sağlamlaşdırılmasına xidmət edir", - deyə XİN rəsmisi bildirib.

 

Zaxarova əlavə edib ki, üç ölkə liderlərinin razılaşmalarının reallaşdırılması Bakı ilə İrəvan arasında münasibətlərin kompleks normallaşmasını təmin etməyə imkan verəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı