Modern.az

NATO bu ölkələri Alyansa qoşulmağa dəvət etdi

NATO bu ölkələri Alyansa qoşulmağa dəvət etdi

Aktual

29 İyun 2022, 16:44

NATO Finlandiya və İsveçi rəsmi olaraq hərbi alyansa daxil olmağa dəvət edib.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun Madriddə keçirilən iclasında bildirib.

 

Eyni zamanda NATO liderləri yeni strateji konsepsiyasını təsdiq ediblər. 

 

Qeyd edək ki, ötən gün bütün dünyanın diqqəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveçin Baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin iştirakı ilə Madriddə keçirilən dördtərəfli zirvə görüşünə yönəlmişdi. 

 

Görüşün əsas müzakirə mövzusu Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi idi. İki saatdan artıq keçən danışıqların nəticəsi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan veto hüququndan imtina edərək, Finlandiya və İsveçin Ankaranın tələblərini qəbul etmək şərti ilə NATO-ya daxil olmasına icazə verdi. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı